
Avropa Kosmik Agentliyi Günəşin cənub qütbünün ilk görüntülərini paylaşıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünən Avropa Kosmik Agentliyi (ESA) tərəfindən yayımlanan görüntülər Mart ayında Solar Orbiter-də üç fərqli cihazın köməyi ilə təxminən 64 milyon kilometr məsafədən əldə edilib. Bu görüntülərin Günəşin maksimum aktivlik dövründə çəkildiyi bildirilib.
Solar Orbiter, ESA tərəfindən NASA, ABŞ Kosmik və Aviasiya Administrasiyası ilə birlikdə hazırlanmış bir layihədir. Kosmik gəmi 2020-ci ildə Florida ştatından buraxılıb. İndiyə qədər Günəş həmişə ekvator müstəvisindən, yəni Yerin və digər planetlərin yerləşdiyi ekliptik müstəvidən müşahidə edilirdi. Lakin fevral ayında Solar Orbiter Veneranın cazibə dəstəyi ilə orbitini əyərək Günəşə 17 dərəcə aşağıda baxmaq imkanı qazandı.
Önümüzdəki illərdə həyata keçiriləcək yeni Venera manevrləri ilə bu bucaq 30 dərəcənin üzərinə yüksələcək. Beləliklə, qütb bölgələrinin daha aydın müşahidələri mümkün olacaq.

Maks Plank Günəş Sistemi Tədqiqatları İnstitutunun günəş fiziki və qütblərin öyrənilməsinə cavabdeh olan Solar Orbiter elmi qrupunun rəhbəri professor Sami Solanki, “Bu, sadəcə olaraq ilk qısa baxış idi. Əsl mühüm məlumatlar hələ qarşıdadır” deyib.
Orxan