Qəzzada yol kənarında qoyulmuş bomba partladı - 5 İsrail hərbçisi öldü

  • By Günel
  • 08 İyul 2025 08:40

Ötən gecə Qəzzanın şimalında yerləşən Beyt Hanun şəhərində yol kənarında qoyulmuş bombanın partlaması nəticəsində 5 İsrail hərbçisi ölüb, 14 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatında deyilir.

Partlayışdan sonra yaralıları xilas etməyə çalışan hərbçilər atəşə tutulublar.

Yaralanmış 14 hərbçidən ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info