Bolqarıstan parlamentində “avro” uğrunda mübarizə

  • By Admin2
  • 05 İyun 2025 10:19

Bolqarıstanın Avrozonaya daxil olması Bolqarıstan parlamentində davaya səbəb olub, bəzi deputatlar qərara etiraz etmək üçün kürsüyə çıxıblar.

Gununsesi.info xarici mediaya istinasən xəbər verir ki, Bolqarıstan parlamentində  ölkənin avro zonasına qoşulması ilə bağlı müzakirələr zamanı dava düşüb . İnsident ifrat sağçı Dirçəliş partiyasının üzvləri parlament tribunasını bağlayaraq əllərində “Avroya yox, bizim levimizə bəli” yazılmış plakatlar tutduqları zaman baş verib.

Müzakirələr zamanı “Dirçəliş” partiyasının deputatı Tsonço Qanev parlament palatasında “Dəyişikliyə davam edirik” partiyasından Yavor Bozhankovu sıxışdırıb.

Avropa Komissiyası Bolqarıstana 2026-cı ilin əvvəlindən avro valyutasını qəbul etməyə icazə verib və onu vahid valyutaya qoşulan 21-ci ölkə edib.

Bolqarıstan iqtisadiyyatının avrozonanın qalan hissəsi ilə necə uyğunlaşdığını göstərən “konvergensiya hesabatı”nda Komissiya Bolqarıstanın hazırda 20 ölkədə 347 milyon avropalının istifadə etdiyi valyutanı qəbul etmək üçün rəsmi meyarlara cavab verdiyini bildirib.

“Avropa Komissiyası bu gün belə qənaətə gəlib ki, Bolqarıstan 2026-cı il yanvarın 1-dən avronu qəbul etməyə hazırdır. Bu, Bolqarıstanı avrozonaya daxil olan iyirmi birinci Üzv dövlət edəcək mühüm mərhələdir”, – Komissiyanın bəyanatında deyilir.

Orxan

Gununsesi.info