Şahin Bağırov rəisi sərəncama götürdü - FOTO

  • By Günel
  • 22 İyun 2025 10:57

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

Gununsesi.info “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, post rəisinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri-qanuni siqaret yüklərinin aşkarlanması olub.