Bakıdakı UFC turnirinin əsas döyüşü sərt tənqid edildi - FOTO

  • By Günel
  • 22 İyun 2025 10:43

Rusiyalı MMA döyüşçüsü, UFC-nin yarımağır çəkidə çempion Maqomed Ankalaev Bakıda keçirilən UFC turnirinin əsas döyüşünü sərt tənqid edib.

Gununsesi.info xəbər verir ki, 33 yaşlı idmançı ABŞ-dən olan Xalil Rauntrinin həmyerlisi Camal Hilli hakimlərin yekdil qərarı ilə məğlub etməsinə münasibət bildirib.

“Mən yuxulayıram. Bu, karate deyil, pis idman ustalığıdır”, – deyə Ankalayev sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Maqomed Ankalaev MMA-da 23 döyüş keçirib və 21 qələbə qazanıb. O, UFC-də çəki dərəcəsindən asılı olmayaraq, döyüşçülərin reytinqində 6-cı pillədə qərarlaşıb.

 

Gununsesi.info