
İrandan İsrail istiqamətinə 27 ballistik raket zərbəsi endirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Ordusu rəsmi məlumat yayıb.
Raket hücumları nəticəsində 11 nəfər xəsarət alıb, onlardan biri orta ağır vəziyyətdədir.
İsrail təhlükəsizlik qüvvələri əhalinin müdafiəsi üçün tədbirləri gücləndirib və əlavə hücumların qarşısını almaq üçün hazırlıqlarını davam etdirir.