ABŞ-nin hücumundan əvvəl Fordo zavodundan uran və işçiləri çıxarılıb

  • By Günel
  • 22 İyun 2025 12:32

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən əvvəl Fordo uranın zənginləşdirilməsi zavodundan nüvə materiallarının böyük hissəsi təxliyə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən yüksək vəzifəli İran mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, eyni zamanda, Fordodakı 80–90 metr dərinlikdə yeraltı yerləşən nüvə obyektindən işçilərin əksəriyyəti də əvvəlcədən evakuasiya olunub.

Zavod Qum şəhəri yaxınlığında, Tehrandan təxminən 150 km cənubda yerləşir.

Gununsesi.info