
Avropa İttifaqı (Aİ) İran, İsrail və ABŞ arasında artan hərbi-siyasi gərginlik fonunda tərəfləri təcili olaraq danışıqlar masasına qayıtmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bilidirib.
“Regionda artan gərginlik beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risk yaradır. Tərəfləri dərhal eskalasiyanı dayandırmağa və siyasi həll yollarını müzakirə etməyə çağırırıq”, – Kallas vurğulayıb.
O, həmçinin Avropa İttifaqının bu istiqamətdə vasitəçilik səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.