İsrail İranın qərbindəki hədəflərə zərbələr endirdi: ölənlər var - VİDEO - YENİLƏNDİ

  • By Günel
  • 21 İyun 2025 23:30

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, hücumlar nəticəsində İranın ballistik raket qurğularının saxlandığı obyekt, radar sahəsi və hərbi infrastrukturu sradan çıxarılıb.

Açıqlamada İsrail döyüş təyyarələrinin Əhvaz şəhərində onlarla hərbi obyektə 50-yə yaxın bomba atdığı iddia edilib.

Bildirilib ki, gün ərzində İranın Əhvaz, Dezful və Məhşəhr şəhərlərində güclü partlayış səsləri eşidilib.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücum nəticəsində İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub.

İran Səhiyyə Nazirliyi iyunun 21-də verdiyi açıqlamada İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 430, yaralıların sayının isə 3500-ü keçdiyini bildirib.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 2517 nəfərin yaralandığı bildirilib.

 

***

İsrailin İranın qərbindəki hədəflərə endirdiyi zərbələr nəticəsində 5 əsgər ölüb, 9-u isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.