
Rusiyanın İrkutsk vilayətində Tu-22M3 strateji bombardmançı təyyarəsinin planlaşdırılmış uçuşu zamanı qəzaya uğraması nəticəsində pilot həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyada qırıcı təyyarənin qəzaya uğraması nəticəsində bir pilotun öldüyü bildirilir .
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Tu-22M3 strateji bombardmançı təyyarəsi planlı uçuş zamanı İrkutsk vilayətində qəzaya uğrayıb.
Nazirlik qəzanın texniki nasazlıq nəticəsində baş verdiyini bildirib.
Açıqlamada bu ifadələr yer alıb: “4 ekipaj üzvü atma sistemindən istifadə edərək xilas olub. Hadisə yerinə gələn axtarış-xilasetmə qrupları sağ qalanları təxliyə edib. Bir pilot həyatını itirib”.
Orxan