
Ufanın “Ay Yola” qrupu bütün dünya üzrə “Shazam” platformasında yeddinci yeri tutaraq Ledi Qaqa və Kendrik Lamarın hitlərini qabaqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “HiFi streaming Zvuk”un musiqi redaksiyasının rəhbəri Aleksandr Pletnev bildirib.
O qeyd edib ki, “Humay” mahnısı ahəngdarlığına görə bütün dünyada məşhurlaşıb.
“Trek ilk növbədə sosial şəbəkələrdə qısa videolar vasitəsilə viral oldu”, – mütəxəssis bildirib.
Mahnı başqırd dastanının “Ural-batır” personajı Humay quşuna həsr olunub.