Sumqayıtda küçədə 75 yaşlı kişi meyiti aşkarlandı

  • By Günel
  • 02 Aprel 2025 20:41

Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti aşkarlanıb.

Gununsesi.info məlumat verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Meyiti aşkarlanan şəxs 1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevdir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info