
Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Rusiyanın qapısına qoşun yığır. Alman qoşunları Litvada NATO-nun şərq cinahında yerləşdiriləcək. Bu, ölkə əsgərlərinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq daimi xarici təyinatlı səfəri olacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın silahlı qüvvələri Bundesver, qoşunlarının Litvada NATO-nun şərq cinahında yerləşdiriləcəyini və qüvvələrin 2027-ci ilə qədər tam fəaliyyət göstərəcəyini açıqlayıb.
Bu, ölkə əsgərlərinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq daimi xarici ezamiyyətdə olması deməkdir.
Briqada 2027-ci ildə fəaliyyətə başlayacaq və daimi olaraq 5 min əsgərdən ibarət olacaq. Onlar əsasən Vilnüsdən 20 mil cənubda, hələ tikilməmiş hərbi poliqonu olan kazarmada yerləşdiriləcəklər. Həmin vaxta qədər qoşunlar Litvada müvəqqəti bazalardan fəaliyyət göstərəcək.
“Bizim aydın missiyamız var. NATO-nun şərq cinahında Litvalı müttəfiqlərimizin müdafiəsini, azadlığını və təhlükəsizliyini təmin etməliyik”, – Almaniya briqadasının komandiri briqada generalı Kristof Huber deyib.
Almaniya əvvəllər Əfqanıstana qoşun yeridib, lakin daimi deyil.
Orxan