
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıya gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili paylaşıb.
Bildirilib ki, Erik Ceykobs səfəri zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-ın enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifahı ortaya çıxarmaq üçün imkanları araşdıracaq.
Erik Ceykobs cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə də çıxış edəcək.