Sumqayıtda avtomobil marketə girdi - Foto

  • By Admin2
  • 02 Aprel 2025 16:21

Bu gün Sumqayıtda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin 29-cu məhəllə adlanan hissəsində “Ravon Nexia” və “Wolksvagen Passat” markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan maşınlardan biri yol kənarındakı “AL Market”ə çırpılıb.

Qəza nəticəsində avtomobillərə və marketə ciddi ziyan dəyib.