Hər iki hava limanından problemsiz keçdi: - 73 yaşlı sərnişinin çantasından silah tapıldı

  • By Admin2
  • 02 Aprel 2025 14:42

ABŞ-dan olan 73 yaşlı turistin çamadanında tapançanı unutduğu məlum olub. Hər iki ölkədə heç bir problem olmadan təhlükəsizlik yoxlamalarından keçərək Yaponiyaya gələn şəxs, gəzdirdiyi silahı görəndə təsadüfən polisə xəbər verib. İnsident təhlükəsizliklə bağlı müzakirələrə səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada ağlasığmaz təhlükəsizlik qalmaqalı yaşanıb.

ABŞ -dən Yaponiyaya uçan 73 yaşlı Rend Alan Peterson adlı turistin çamadanında unutduğu silahla ölkəyə daxil olduğu məlum olub.

Hyoqo prefekturasının polisindən əldə edilən məlumata görə, şəxs martın 22-də ABŞ-ın Havay əyalətindəki Daniel K. İnouye beynəlxalq hava limanından təyyarəyə minərək Kansai hava limanından Yaponiyaya daxil olub.

Martın 23-də Hyoqo prefekturasının Kobe limanında gəmiyə minən şəxs gəmi rəsmiləri ilə əlaqə saxlayıb və baqajına səhvən silah gətirdiyini bildirib.

Məlumat aldıqdan sonra polis silahı götürüb və şübhəli turisti odlu silahlara nəzarət qanununu pozduğuna görə saxlayıb.

Orxan

Gununsesi.info