AŞ PA Əkrəm İmamoğlunun həbsini müzakirə edəcək

  • By admin
  • 03 Aprel 2025 11:09

Aprelin 7-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır.

 

Qurumdan Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda sessiyanın gündəliyi açıqlanıb.

Bildirilir ki, gündəliyə daxil edilən məsələlərdən biri də  “İstanbul bələdiyyə sədrinin həbsi və Türkiyədə demokratiya və insan haqlarının vəziyyəti” adlı mövzusunda məsələ olacaq.

Qeyd edək ki, Türkiyədə kütləvi xalq etirazları ilə nəticələnən bu həbs həm də qardaş ölkədə insan hüquqlarının və demokratiyanın durumunu aktuallaşdırıb.

Dünyanın bir sıra nüfuzlu qurumları Ərdoğan hakimiyyətindən İmamoğlunu azad etməyi tələb edir.

 

Günay Mahirqızı

Gununsesi.info