Cem Yılmaz TRT-ni ittiham etdi

  • By admin
  • 03 Aprel 2025 09:01

Boykot çağırışı etdiyi üçün TRT-nin “Təşkilat” filmindən kənarlaşdırılan Aybüke Pusata sənətçilərdən dəstək davam edir.

 

Gununsesi.info xəbər verir ki, məşhur gülüş ustası Cem Yılmaz Aybüke Pusatın Teşkilat serialından uzaqlaşdırılmasına reaksiya verib: “Deməli, öz siyasi fikirlərini sərbəst ifadə edən insanlar TRT-nin çəkilişlərində iştirak edə bilməzlər? TRT bizim dövlət kanalı deyildimi? Bağışlayın TRT, siz bu məsələdə neytral olmalı idiniz! Hamıya tövsiyə etdiyinizi etməlisiniz! Deməli, xalqın sevdiyi aktyorlar TRT-də işləməsin! Deyə bilərsinizmi ki, istəməyənlər TRT pulunu verməsinlər? Yox deyə bilməzsən”.