Rusiya 93 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib

  • By Admin2
  • 02 Aprel 2025 13:39

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinə etdiyi hücumlarda 93 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ordusunun həyata keçirdiyi hücumlarla bağlı nazirlikdən verilən açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə ərzində 93 PUA-nı məhv etdiyi bildirilib.

Açıqlamada Kursk vilayətində 87 PUA, Rostov vilayətində 4, Belqorod vilayətində 2 PUA-nın vurulduğu qeyd edilib.

Orxan

Gununsesi.info