24 yaşlı qadın qidadan zəhərləndi: Vəziyyəti ağırdır

  • By Günel
  • 03 Aprel 2025 08:04

Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Gənc qızın vəziyyəti ağır qiymətləndirilir. Yaxınları onun pomidor turşusundan zəhərləndiyini ehtimal edir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info