
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs qətimkan tədbirini seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Gununsesi.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsi bu gün keçirilən prosesdə vəsatət təmin edib.
Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbiri 2 aya kimi uzadılıb.
Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə ittiham elan olunub.
Azər Qasımlı ittihamları rədd edir, həbsini siyasi hesab edir.
Bir sıra beynəlxalq qurumlar da Azərbaycan hökumətindən Qasımlını azad etməyi tələb edib.