Boş adalar da Trampın siyahısındadır

  • By Admin2
  • 03 Aprel 2025 11:09

ABŞ prezidenti Donald Tramp Antarktida yaxınlığındakı yalnız pinqvinlərin yaşadığı adalara rüsumlar tətbiq edib. Avstraliyanın Heard və Makdonald adaları və Norfolk adası da siyahıdadır. Avstraliyanın baş naziri Albanese təəccübünü ifadə edərək, “Dünyanın heç bir yeri təhlükəsiz deyil” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çoxdan gözlənilən çıxışında bir çox ölkələr üçün gömrük rüsumlarını açıqlayıb.

Prezident Tramp Antarktida yaxınlığında buzlaqlarla örtülü və pinqvinlərin məskəni olan kimsəsiz vulkanik adalara 10 faiz rüsum tətbiq edib. Trampın yeni ticarət tarifləri Avstraliyanın xarici ərazilərini, o cümlədən bu ucqar adaları da hədəfləyir.

Avstraliyanın Uzaq Ərazilərində yerləşən Heard adası və Makdonald adaları dünyanın ən ucqar yerlərindən hesab olunur və Avstraliyanın qərb sahilindəki Pert şəhərindən təxminən iki həftəlik məsafədə qayıqla getmək olar. Bu kimsəsiz adalara son səfərin təxminən 10 il əvvəl edildiyi düşünülür.

Ancaq bu bölgələr Ağ Evin açıqladığı yeni ticarət tarifləri ilə siyahıya daxil edilib. Bu adalar Avstraliyanın xarici ərazilərinin bir hissəsi hesab olunurdu və onlara gömrük rüsumları tətbiq edilirdi.

Avstraliyanın baş naziri Entoni Albanese verdiyi açıqlamada “Dünyanın heç bir yeri təhlükəsiz deyil” deyib. Cənab Albanese həmçinin Avstraliyanın xarici əraziləri olan Heard Island və McDonald Island-ın da tarif siyahısında olmasından təəccübləndiyini bildirib. Bu ərazilər Avstraliyanın birbaşa idarəsi altında olmayan, lakin federal hökumətlə xüsusi əlaqəsi olan xarici ərazilər kimi müəyyən edilir.

Orxan

Gununsesi.info