Ticarət müharibəsi qızışır

  • By Admin2
  • 02 Aprel 2025 15:28

ABŞ prezidenti Donald Trampın Kanada və Çin başda olmaqla bir sıra ölkələrə yeni gömrük rüsumları tətbiq etməklə başlatdığı “ticarət müharibəsi” qızışdıqca ABŞ mətbuatında çıxan xəbərlərdə Çinin yerli şirkətlərin ABŞ- yə sərmayə qoymasını məhdudlaşdırmaq üçün addımlar atdığı iddia edilir . Bloomberg xəbər saytı məsələ ilə tanış olan mənbələrə istinadən bildirib ki, bu addım Pekinə Tramp administrasiyası ilə potensial ticarət danışıqlarında daha böyük təsir imkanları verəcək. 

Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbərə görə, adının çəkilməsini istəməyən mənbələr Çinin iqtisadi planlaşdırma agentliyi kimi fəaliyyət göstərən Milli İnkişaf və İslahat Komissiyasının bir çox departamentinin son həftələrdə ABŞ-a sərmayə yatırmaq istəyən şirkətlərin qeydiyyat və təsdiq proseslərini gecikdirdiyini bildirib.

Çin daha əvvəl “milli təhlükəsizlik” və kapital axını ilə bağlı narahatlıqları əsas gətirərək digər ölkələrə investisiyalara məhdudiyyətlər qoysa da, Pekinin son addımı dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin artdığını bir daha ortaya qoydu. 

Orxan

Gununsesi.info