Qəzzada humanitar faciə

  • By Admin2
  • 02 Aprel 2025 13:45

Bayramda Qəzzada mənzərə dəyişməyib. İsrail ordusunun təxliyyə əmri verdiyi Rəfah şəhərinin bəzi bölgələrindən qaçan insanların görüntüləri kameralara düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Bayram zamanı bu necə baş verə bilər? İnsanlar bayramı ailələri ilə yeni paltar geyinərək qeyd edərkən biz qaçmağa məcbur oluruq”, – köçkün fələstinlilərdən biri deyib. danışdı.

İsrail yardımların daxil olmasını əngəllədiyi üçün Qəzzada ərzaq qıtlığı getdikcə daha çox hiss olunur.

BMT-nin Cibaliyyədə, zolağın şimalında yerləşən ərzaq yardımı mərkəzi qarşısında növbələr yaranır.

Un və yanacaq çatışmazlığı səbəbindən Qəzza zolağında bəzi çörək zavodları qapılarını bağlamaq məcburiyyətində qalıb. Şəhərdə çörək tapmaq getdikcə çətinləşir.

 

Orxan

Gununsesi.info