
SpaceX “Fram2” missiyası ilə Yerin qütb orbitinə ilk insan kosmos uçuşunu uğurla başa vurdu. Kosmik missiyadan ilk görüntülər gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, insanın Yerin qütb orbitinə ilk kosmik uçuşunu həyata keçirən SpaceX-in “Fram2” missiyasından ilk görüntülər gəlib.
SpaceX özünün xüsusi Fram2 missiyasını bazar ertəsi (31 mart) başlatdı və dörd astronavtı Crew Dragon Resilience kapsulunda Yerin ən uzaq nöqtələrinə göndərdi.
Astronavtlar gördükləri füsunkar mənzərələri qeydə alır və dünya ilə bölüşürlər.
SpaceX çərşənbə axşamı səhər çəkilmiş heyrətamiz bir video paylaşdı. Videoda kapsulun qübbəli pəncərəsindən qütb bölgələrinin ağ rənglə yuyulmuş görüntüsü əks olunub. SpaceX bu tarixi anı “Əjdahadan Yer kürəsinin qütb bölgələrinin ilk şəkilləri” olaraq elan etdi.
Orxan