Rusiya və Ukraynadan qarşılıqlı hücumlar

  • By Admin2
  • 02 Aprel 2025 14:40

Kreml Ukraynanın pilotsuz təyyarələrin hücumu səbəbindən Xəzər boru kəmərindən Qara dəniz neftinin ixracını təmin edən infrastruktura məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Rusiya qüvvələrinin gecə saatlarında pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək həyata keçirdiyi hücumlarda ən azı bir nəfərin öldüyünü, üçü uşaq olmaqla 10 nəfərin yaralandığını açıqlayıb. ABŞ- ın təşəbbüsü ilə enerji infrastrukturuna hücumları dayandırmaq barədə razılığa gələn Rusiya və Ukrayna  bir-birini enerji infrastrukturuna hücumda ittiham edib.

Ukrayna prezidenti Vladimir Zelenski iki bölgəyə qarşılıqlı hücumlar nəticəsində enerji obyektlərinin zədələndiyini açıqlayıb. “Rusiya hücumlarının sistematik və davamlı xarakteri Moskvanın tərəfdaşlarının diplomatik səylərini ciddi qəbul etmədiyini göstərir. Lazım olan bu müharibəni sona çatdırmaq üçün Rusiyaya yeni və konkret təzyiqdir”, – Zelenski bildirib.  Sosial media hesabından paylaşan Ukrayna prezidentinin verdiyi məlumata görə, ölkənin şimal-şərqindəki Sumı vilayətində transformator mərkəzi Rusiya tərəfindən pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Orxan

Gununsesi.info