
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə hərbi potensialını artıracağını açıqlayıb. Müdafiə naziri Pit Heqsetin göstərişinə uyğun olaraq bölgəyə əlavə döyüş təyyarələri yerləşdiriləcək və hava hücumundan müdafiə qabiliyyəti gücləndiriləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla gərginliyin davam etdiyi bir vaxtda Yaxın Şərqə əlavə hərbi vəsaitlərin yerləşdiriləcəyini açıqlayıb.
Pentaqonun sözçüsü Sean Parnell, Yaxın Şərqdə “sabitliyi təşviq etmək, aqressiv davranışların qarşısını almaq və sərbəst ticarət axınını qorumaq” üçün tədbirlər gördüklərini söylədi.
Parnell ABŞ-ın Yaxın Şərqdəki hərbi potensialının müdafiə naziri Pit Heqsetin göstərişi ilə artırılacağını bildirib.
Parnell bölgəyə əlavə döyüş təyyarələrinin yerləşdiriləcəyini və beləliklə, ABŞ-ın hava hücumundan müdafiə qabiliyyətini artıracağını bildirib.
Parnell xəbər verir ki, nazir Heqseth “İran ABŞ-ın regiondakı maraqlarını təhdid edərsə, tədbir görəcəklər” deyib.
Orxan