Avstraliyada Covid-19-un yeni variantı yayılır

  • By Günel
  • 02 Aprel 2025 14:57

İlk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkarlanan Covid-19-un yeni “LP.8.1” variantının yayıldığı bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə 2024-cü ilin iyulunda aşkarlanan Covid-19-un yeni “LP.8.1” variantı ölkədə yayılmaqdadır.

Bildirilib ki, “LP.8.1” Avstraliyanın Yeni Cənubi Uels əyalətində Covid-19 halları arasında üçüncü ən dominant varianta çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında “LP.8.1” variantını qlobal yayılması səbəbindən “monitorinq altında aldığını” açıqlayıb.

Günel

Gununsesi.info