Çin Tayvan ətrafında canlı sursat təlimləri keçirir

  • By Admin2
  • 02 Aprel 2025 13:24

Çin Şərqi Çin dənizində həqiqi güllələrdən istifadə etməklə Tayvan ətrafında başladığı hərbi təlimləri davam etdirir. Təlim zamanı Tayvan 76 Çin təyyarəsi və 15 döyüş gəmisi aşkar edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin,  suverenlik mübahisəsi olan Tayvan ətrafında dünən başlayan hərbi təlimlərini davam etdirir .

Xalq Azadlıq Ordusunun (AXO) Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada, quru qoşunlarının “Boğaz ildırımı-2025A” manevri çərçivəsində Şərqi Çin dənizində həqiqi sursatla uzun mənzilli lim keçdiyi bildirilib.

Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Şi Yi bildirib ki, təlimdə limanların və elektrik stansiyalarının təmsilçi hədəflərinə dəqiq hücumlar olub və istənilən nəticələr əldə edilib.

Tayvan Müdafiə Nazirliyindən bu gün səhər saatlarında verilən açıqlamada, son 24 saat ərzində adanın ətrafında 76 Çin təyyarəsi və 15 döyüş gəmisinin aşkar edildiyi bildirilib.

Orxan

Gununsesi.info