
Covid-19-un yeni “LP.8.1” variantı Avstraliyada yayılır. Bu il 45 min yeni Covid-19 hadisəsi qeydə alındığı halda, 260 nəfərin müalicəsi davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Covid-19 virusunun yeni “LP.8.1” variantının Avstraliyada sürətlə yayıldığı bildirilir . SBS News xəbər verir ki, ilk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən Covid-19-un yeni “LP.8.1” variantı sürətlə yayılır.
Müvafiq olaraq, “LP.8.1” ölkənin Yeni Cənubi Uels (NSW) əyalətində Covid-19 halları arasında üçüncü ən dominant variant oldu. Qeyd edilib ki, “LP.8.1” simptomları digər dövriyyədə olan variantlarla müqayisədə “daha şiddətli görünmür”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında “LP.8.1” variantının qlobal yayılması səbəbindən “monitorinq altında” olduğunu elan etdi.
Bu il Avstraliyada 45,000-ə yaxın yeni Covid-19 hadisəsi qeydə alınıb, təxminən 260 nəfər virusa görə xəstəxanada müalicə alır.
Orxan