
İsrail ABŞ-ın bütün mallarına rüsumları qaldıracağını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ən böyük ticarət tərəfdaşı olan ABŞ- dən idxal edilən bütün məhsullar üçün gömrük rüsumlarını qaldıracağını açıqlayıb .
İsrail Baş Naziri Ofisi, Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə bəyanatına görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət ABŞ-dan gələn məhsullara tətbiq edilən bütün gömrük rüsumlarını ləğv etmək qərarına gəlib. Bəyanatda, 1985-ci ildə ABŞ ilə imzalanan azad ticarət müqaviləsi sayəsində İsrailin hazırda ABŞ-dan idxal etdiyi malların əksəriyyəti üçün gömrük rüsumlarından azad olduğu qeyd edilib.
Bəyanatda ABŞ-dan idxal edilən məhsullar üçün vergi azadlığının ilk növbədə qida və kənd təsərrüfatı kateqoriyalarında məhdud sayda məhsulla başlayacağı, daha sonra bütün məhsullara tətbiq ediləcəyi, İsrail xalqının qida və yaşayış məmulatları üçün gömrük rüsumlarının aşağı salınacağı bildirilib.
Orxan