İranda Novruz bayramı günlərində baş verən yol qəzalarında 747 nəfər ölüb

  • By Admin2
  • 02 Aprel 2025 14:09

İranda Novruz bayramı zamanı baş verən yol qəzalarında 747 nəfərin öldüyü bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran Polisinin Trafik Şöbəsinin baş direktoru Timur Hüseyni Novruz bayramı günlərində ölkə ərazisində baş verən yol qəzaları ilə bağlı açıqlama verib. “Son 18 gündə 14 178 yol-nəqliyyat hadisəsi nəticəsində 747 nəfər həyatını itirib, 16 905 nəfər yaralanıb”, – Hüseyni bildirib.

Qəzaların əksəriyyətinin ehtiyatsızlıq və səhv ötmə kimi səbəblərdən qaynaqlandığını bildirən Hüseyni, Kirman vilayətində 66, Farsda 64, Xorasan-Rezevidə 53, Xuzistanda 48, Sistan-Bəlucistan əyalətində 46 nəfərin yol qəzalarında həyatını itirdiyini bildirib.

Orxan

Gununsesi.info