
Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın martın 15-də başlatdığı hücumlarda 61 dinc sakinin öldüyünü, 139 nəfərin yaralandığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Husilərə bağlı Səhiyyə Nazirliyindən edilən şərhdə, ” ABŞ-nin 15 Martdan bu yana Yəməndə 31 oktyabr 2023-cü ildə İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəmən sahillərində İsrail şirkətlərinə aid olduğunu söylədiyi ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etməyə başladılar.
ABŞ 18 dekabr 2023-cü il tarixində qlobal dəniz ticarətini təhlükə altına atdığı əsası ilə “Operation Welfare Guardian” adlı çoxmillətli “dəniz işçi qrupu” yaratdığını elan etdi.
ABŞ prezidenti Donald Tramp martın 15-də orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın maneə törədilməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Orxan