
İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında əməliyyatlarını genişləndirəcəklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında əməliyyatlarını genişləndirəcəklərini açıqlayıb.
İsrailin müdafiə naziri İsrael Katz geniş ərazilərin ələ keçiriləcəyini və bu yerlərin təhlükəsiz ərazilər elan ediləcəyini bəyan edib.
Katz həmçinin geniş ərazi üçün evakuasiyaya çağırıb. O, həmçinin fələstinliləri HƏMAS-ı məhv etməyə çağırıb və girovları geri göndərmələri barədə xəbərdarlıq edib.
İsrail ordusunun Qəzza zolağına hücumları bayram boyu davam edib. Ən son təxliyə çağırışı ölkənin cənubundakı Rəfah şəhərində edilib.
Orxan