Yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib

  • By Günel
  • 03 Aprel 2025 08:28

Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib.

Gununsesi.info xəbər verir ki, Ağcabədi rayonunda iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Quliyev Etibar Fazil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info