İran hava məkanını bağlayır: Döyüş hazırlığı barədə qərar qəbul edib

  • By Günel
  • 02 Aprel 2025 23:32

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

Xatırladaq ki, “The Daily Mail” nəşri ABŞ-nin yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə məqalə dərc edib.

Gununsesi.info