
Oskar mükafatlı aktrisa Cennifer Lourens ikinci dəfə ana olub. Məşhur aktrisanın körpəsinin adı, cinsi və doğum tarixi hələlik məlum deyil.
“Aclıq Oyunları”, “Yuxarıya baxma”, “Kosmosda səyahət edənlər”, “Böyümək” kimi filmlərin ulduzu Cennifer Lourens 2019-cu ildə rəsm qalereyasının sahibi Cooke Maroney ilə ailə qurub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə 2022-ci ilin fevralında valideyn olmaq sevincini yaşayan məşhur cütlük oğullarına Cy adını verib.

Onlar oğullarının adını amerikalı rəssam Cy Twomblydən ilham alaraq adını verdiklərini açıqlamışdı.
Şəxsi həyatını diqqətdən kənarda saxlamağa üstünlük verən 34 yaşlı Lourens bir neçə ay əvvəl mətbuata ikinci dəfə ana olacağını bildirmişdi.
Günel