Xaçmazda 8 otaqlı evdə yanğın oldu

  • By Günel
  • 03 Aprel 2025 09:11

Xaçmazda 8 otaqlı evdə yanğın olub.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Həsənqala kəndində ümumi sahəsi 250 m² olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info