Londonda serial təcavüz qalmaqalı

  • By Admin2
  • 02 Aprel 2025 13:19

Londonda 10 nəfəri zorlamaqda təqsirli bilinən doktorant Zhenhao Zou-nun 60-dan çox qadına hücum edə biləcəyi ilə bağlı qorxular artır. Onun məhkum edilməsindən sonra daha 23 qadın Zounun qurbanı olduqlarını iddia edərək polisə müraciət edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin paytaxtı  Londonda 10 zorlama cinayəti törətməkdə təqsirli bilinən və qadınlara narkotik maddə içərək onlara hücum etdiyi təsbit edilən çinli doktorant Zhenhao Zounun qurbanlarının sayının daha çox ola biləcəyi bildirilir.

Böyükşəhər Polisi bildirib ki, məhkum edildikdən sonra daha 23 qadın Zounun onlara hücum edə biləcəyindən şikayət etmək üçün gəlib.

28 yaşlı Zou 2019-2024-cü illər arasında Londonda üç, Çində isə yeddi qadına təcavüz etməkdə günahkar bilinib. Zounun zorlamalarının çoxunu kameraya çəkdiyi və bu görüntülərin onun məhkum edilməsində mühüm sübut kimi istifadə edildiyi bildirilir.

Polis deyir ki, Zounun qadınlara hücumu ilə bağlı 58 video ələ keçirib, bir çox qurbanın şəxsiyyəti hələ də məlum deyil.

Metropoliten polis komandiri Kevin Southworth deyib: “Müraciətimizdən sonra bir ay ərzində 23 qurbanın gəlməsi vəziyyətin ciddiliyini göstərir.”

Səlahiyyətlilər şikayətçilərin bəzilərinin Şimali və Cənubi Amerika və Avropada Londondan kənarda yaşadığını bildiriblər.

Məhkəmədə təqdim olunan video görüntülər Zounun qurbanlarının çoxunun onlara verdiyi dərmanlardan huşsuz və ya yorğun olduğunu göstərir. Bildirilir ki, videolar münsifləri göz yaşlarına sürükləyib, Zou qadınları içki içmək üçün evinə dəvət edib və sonra onlara hücum edib.

Orxan

Gununsesi.info