
Bir qrup amerikalı senator Rusiyadan neft alan ölkələrə qarşı 500% rüsum tətbiq etmək layihəsi hazırlayıb.
Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir ki, təşəbbüs qrupuna 50 respublikaçı və demokrat qoşulub.
Təşəbbüskarlar qrupuna rəhbərliyi isə Lindsi Qrem (Respublikaçılar) və Riçard Blumental (Demokratlar) edir.
Sənəddə malların idxalına “şok sanksiyalar”ın tətbiqi, eləcə də Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi təklif edilir.
Afət
Gununsesi.info