
İtaliya universitetlərinə qəbul olmasına baxmayaraq viza ala bilmədiyi üçün hüquqlarından yararlana bilməyən türkiyəli tələbələrin hüquqi mübarizəsi davam edir. İtaliya məhkəmələri 10 türk tələbənin xeyrinə qərar çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, minə yaxın türk tələbə İtaliya universitetlərində bakalavr və magistr təhsili üçün qəbul olunsa da, viza ala bilmədiyi üçün viza problemi ilə üzləşib.
Tələbələrin müraciətlərinə verilən rədd məktublarında “sığınacaq riski”, “maliyyə çatışmazlığı” və ya “etibarsız maliyyə mənbələri” kimi səbəblər yer alıb.
Noyabr ayında məhkəmə çəkişməsinə başlayan tələbələrin İtaliya məhkəmələrində açdıqları iddialarla bağlı ilk qərarlar gəlməyə başlayıb. Roma məhkəməsi təhsil vizası üçün müraciətləri rədd edildikdən sonra İtaliyaya qarşı iddia qaldıran tələbələrin haqlı olduğuna qərar verib.
Euronews Türk-ə istinadən xəbər verir ki, bu günə qədər iddialarını qazananların sayı təxminən 10 nəfərə çatıb və onlardan 4-nə məhkəmə bildirişindən sonra viza verilib.
Orxan