Çinin süni günəşi 100 milyon dərəcə istilik həddini aşdı

  • By Admin2
  • 03 Aprel 2025 10:16

Çin alimləri tərəfindən hazırlanan və “süni günəş” olaraq da bilinən nüvə birləşməsinin ion və elektron temperatur dəyərlərində 100 milyon dərəcə həddi keçdiyi bildirildi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, Sıçuan əyalətinin mərkəzi Çinqdu şəhərində “Huanliu-3” (HL-3) adlı eksperimental reaktor Günəşdəkinə bənzər nüvə birləşmə reaksiyasını başlada biləcək temperatur qiymətlərinə yaxınlaşıb.

Tədqiqatçılar reaktorun ion temperaturunun 117 milyon dərəcəyə, elektron temperaturunun isə 160 milyon dərəcəyə çatdığını bildiriblər.

Reaktorun baş konstruktoru Conq Vulu deyib: “Biz eksperimentimizdə ümumi füzyon performansında böyük irəliləyiş əldə etdik və ikiqat 100 milyon dərəcə hədəfinə çatdıq. Bu o deməkdir ki, Çinin sintez tədqiqatları yanan plazma mərhələsinə daxil olub”deyib.

Orxan

Gununsesi.info