Göygöldə körpü qəzalı vəziyyətə düşdü - FOTO

  • By Günel
  • 01 İyun 2025 15:06

Ötən il Gəncə çayının Göygöl rayonunun Topalhəsənli kəndindən keçən hissəsində çayın daşıması sağ və sol sahili birləşdirən körpünü qəzalı vəziyyətə salıb. Güclü sel dəmir-beton konstruksiyalı körpünün bir neçə dayağını yuyub.

Gununsesi.info xəbər verir ki, kənd sakinləri əkin və örüş sahələrinə məhz bu qəzalı körpüdən gedib-gəlmək məcburiyyətində qalıblar.

Hadisəsindən xeyli müddət keçməsinə baxmayaraq, problem aradan qaldırılmır.

Məsələ ilə bağlı Göygöl rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komisiyasından Teleqraf-ın yerli bürosuna bildirilib ki, adıçəkilən körpü hansısa qurumun balansında deyil. Buna baxmayaraq, qəzalı körpünün bərpa olnması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məlumat verilib. Yaxın vaxtlarda qəzalı körpünün bərpası nəzərdə tutulur.

Gununsesi.info