Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirildi - FOTO

  • By Günel
  • 01 İyun 2025 14:56

Mayın 31-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iki ölkənin dövlət himnlərini ifa olunub.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoç açılış nitqi söyləyiblər.

Daha sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı muqisi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Gununsesi.info