Egey dənizində çoxlu sayda meduza…

  • By Admin2
  • 25 İyun 2025 13:58

Yunanıstan Egey dənizində çoxlu sayda bənövşəyi və zəhərli meduza göründüyünü bildirib. Diqqətli olmaq barədə xəbərdarlıq edilib və meduza ilə təmasdan qaçmaq lazım olduğu vurğulanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Bioloji Müxtəliflik Rəsədxanasından verilən yazılı açıqlamaya görə , Egey dənizindəki Euboea adasının şimal-qərbində və Volos şəhərinin cənubundakı Paqasite körfəzində bənövşəyi meduza (Pelagia noctiluca) görülüb.

Sayları sürətlə artan bənövşəyi meduza xüsusilə Euboea adasının şimalında görülüb.

Bənövşəyi meduza Skiathos və İskele adalarına çatıb.

Sözügedən bölgələrdə dənizə girən insanlardan bənövşəyi meduzalardan ehtiyatlı olmaları xahiş olunub.

Latın dilində “pelagia noctiluca” kimi tanınan və Aralıq dənizinin ən təhlükəli meduzalarından olan bənövşəyi meduza təmasda qızartı, ağrı və sancmaya səbəb olur.

Mütəxəssislər həssas fərdlərdə təmasların da ürəkbulanma, aşağı təzyiq və nəfəs darlığı kimi problemlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Orxan

Gununsesi.info