
Fransadakı qanuna görə, 1903-cü ildən bəri ictimai hovuzlara, otel hovuzlarına və ya su parklarına uzun şortla girmək qadağandır. Qrenobl şəhəri bu qadağanın aradan qaldırılmasını tələb etmişdi, lakin hökumət rədd etdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransada uzun şortiklə hovuza girməyə qadağa qoyulması ilə bağlı yeni hadisə baş verib.
Qadağanın iki səbəbi var. Birincisi, bol şortiklərin küçə geyimi hesab edilməsidir. İkincisi, bol şortiklər, həm gigiyenik deyil, həm də üzgüçülük üçün əlverişsizdir.
Fransızlar şortun üzgüçülük üçün mükəmməl uyğun olduğunu bildiriblər:
“İnsan həm suya girir, həm də çölə çıxır. Yerləri daha da yaş və sürüşkən edir. Bu həm də gigiyenik deyil” ,- deyə etiraz edib.
Uzun və bol şortların hovuzlara çirk, bakteriya və toz gətirdiyi vurğulanır və bu şortiklərlə hovuz ətrafında gəzmək də qadağandır.
Günel