
Lənkəranda kütləvi davada bir nəfər bıçaqlanıb.
Gununsesi.info xəbər verir ki, gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Digər şəxslər; Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info