Zelenskidən təklif: “Ölkədə hərbi vəziyyət…”

  • By Günel
  • 28 Oktyabr 2024 20:19

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin və ümumi səfərbərliyin növbəti ilin fevral ayına qədər uzadılması haqqında qanun layihəsini  təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Məlumata görə, təqdim edilən qanun layihələri hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün və ya fevralın 7-dək uzadılmasını nəzərdə tutur.

Xatırladaq ki, Ukrayna parlamenti yayda hərbi vəziyyətin müddətini uzadıb və bu qərar hüquqi cəhətdən noyabrın 9-dək qüvvədədir.

Gununsesi.info