Bu ölkədə körpənizin adını dövlət müəyyən edir

Şimali Avropa ölkəsi olan Danimarkada valideynlər yalnız dövlətin təsdiq etdiyi adlar siyahısından seçim edə bilərlər. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkədə körpələrə verilən adlar ciddi nəzarət altındadır.

Belə ki, övlad sahibi olan valideynlər ad seçimi edərkən, 11 min addan ibarət siyahıdan seçim etməlidirlər.

11 min addan ibarət bu siyahı hər il yenilənir və müxtəlif ənənəvi, müasir adları ehtiva edir.

Valideynlər bu siyahıya daxil olmayan adlardan istifadə etmək istəsələr, xüsusi icazə almalıdırlar. Bu, cəmiyyətdə ümumiyyətlə qəbul edilməyən və ya qeyri-adi adların qarşısını alır.

Danimarkada ad qanunu verilən adların uşağın cinsinə uyğun olmasını tələb edir. Bu vəziyyət gender rolları və gözləntiləri baxımından əhəmiyyətli yer tutur. Təsdiqlənmiş ad siyahısına qız körpələri üçün 7 min, oğlan körpələrinə isə 4 min ad daxildir.

Orxan Saffari

Gununsesi.info