“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi

  • By Günel
  • 28 Oktyabr 2024 23:37

Türkiyə Super Liqasının 10-cu turunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib.

Gununsesi.info xəbər verir ki, İstanbul derbisində qələbə qazanan tərəf meydan sahibləri olub.

“Qalatasaray”a qələbə qazandıran qollara 13-cü dəqiqədə Sançez və 67-ci dəqiqədə Osimhen imza atıb. “Beşiktaş”ın təsəlli qolunu isə 90+5-ci dəqiqədə Muçi vurub.

Bu qələbədən sonra “sarı-qırmızılar” 28 xalla vahid liderdir. “Beşiktaş” isə 9 oyun keçirməklə 20 xalla 4-cü pillədə qərarlaşıb.

Gununsesi.info